Pul
FED-dən dollarla bağlı mühüm QƏRAR
Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sisteminin rəhbər komitəsinin üzvləri baza faiz dərəcəsini əvvəllər gözlənildiyi kimi bu il dörd deyil, iki dəfə azaltmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bunu maliyyə tənzimləyicisinin rəhbər komitəsinin ötən il dekabrın 17-18-də keçirilmiş iclası haqqında yayılan hesabat göstərir.
Sənəddə qeyd olunur ki, qarşıdan gələn faiz endirimlərinin sürəti azalacaq:
“Pul siyasəti ilə bağlı perspektivləri müzakirə edərkən iştirakçılar komitənin siyasətin yumşaldılması tempini yavaşlatmağın məqsədəuyğun olduğunu hesab ediblər. Rəsmilər razılaşıblar ki, məzənnə 2024-cü ilin sentyabrında komitənin siyasəti yumşaltmağa başladığı vaxtdan neytral dəyərə daha yaxındır. Bundan əlavə, bir çox iştirakçılar qeyd ediblər ki, bir sıra amillər qarşıdakı rüblərdə pul siyasəti qərarlarına ehtiyatlı yanaşmanın zəruriliyini vurğulayır”.
Komitə üzvləri inflyasiyanın tempi və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın siyasətlərinin iqtisadiyyata mümkün təsiri ilə bağlı narahatlıqlarını ifadə edərək, qeyri-müəyyənlik səbəbindən faiz dərəcələrinin aşağı salınmasında daha ləng olacaqlarını bildiriblər. Görüş iştirakçıları dəfələrlə qeyd ediblər ki, immiqrasiya və ticarət siyasətindəki dəyişikliklər ABŞ iqtisadiyyatına təsir edə bilər.
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO






































