Sosial
30 yaşlı vətəndaş şəxsiyyət vəsiqəsi ala bilmir - VİDEO
Bakı sakini, 30 yaşlı Adnan Məcili şəxsiyyət vəsiqəsi ala bilmir.
Publika.az "Xəzər TV"yə istinadla xəbər verir ki, A.Məcilinin sözlərinə görə, 2020-ci ilə qədər Xəzər Rayon Polis İdarəsində qeydiyyatda olub, daha sonra çıxarılıb. Hazırda onun sənədinin vaxtı bitib, lakin heç bir yerdə qeydiyyatı olmadığı üçün şəxsiyyət vəsiqəsini almaqda çətinlik yaşayır.
O deyir ki, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən bir sıra problemləri olur. A.Məcili iddia edir ki, bununla bağlı aidiyyəti qurumlara müraciət edib, lakin kömək göstərilməyib.
Hüquqşünas Emil Aslanov isə bildirir ki, vətəndaşa qeydiyyatda olduğu polis idarəsindən imtina verilibsə, inzibati məhkəməyə müraciət etməlidir.
Daxili İşlər Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirilib ki, məsələ araşdırılacaq.
Ətraflı süjetdə:
-
Nida Xəbər 17:40
Fərid Səfərli Azərbaycana qaytarıldı - RƏSMİ/YENİLƏNDİ
-
Dünya17:20
Rusiyadan Ankaraya gözlənilməz xəbər: “Yeni Türkiyə” artıq bu ölkədir
-
Dünya17:10
Türkiyə Rusiya qazından imtina edir: bundan sonra...
-
Magazin116:40
Bloger cütlüyün reklam etdiyi şirkətdə milyonlar itirildi - Şikayət var!
-
Dünya15:30
12 ildən sonra ilk: bu şəhərdə Türkiyə bayrağı qaldırıldı
-
Sosial15:10
Metroda qatarlararası intervallar belə azaldılacaq
-
Nida Xəbər 14:20
Bir barmağını tapsaydım... - Şəhid bacısından tükürpədici sözlər / VİDEO
-
ABŞ13:50
“Dərin dövlət”ə güclü zərbə olacaq: Tramp bu sənədləri yayarsa