Hadisə
Azərbaycanda kişi 3 uşaq atası olan dostunu zorladı: birlikdə araq içiblər, sonra onun...
2024-cü ilin fevral ayında Qusar rayonunun kəndlərindən birində öz həmkəndlisinə cinsi təcavüz etmiş 1989-cu il təvəllüdlü Zamiq Novruzov (ad-soyadlar şərti) məhkəmə qarşısına çıxarılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Zamiqin iş yoldaşı olan Muxtar adlı həmkəndlisinə zorakılıq etməsi bildirilib.
Qeyd edilib ki, Muxtar ailəli və 3 uşaq atası olsa da, kənddə tək yaşayıb. Onun ailəsi başqa yerdə kirayədə yaşayıb. Əvvəllər də cinayət törətdiyinə görə məhkum edilmiş Zamiq Muxtar ilə bir yerdə işləyib və aralarında dostluq münasibəti yaranıb.
Hadisə baş verən gün isə Zamiq Muxtarın tək yaşadığı evə gedib və birgə 0,5 litr araq içiblər. Daha sonra fiziki cəhətdən daha güclü olan Zamiq Muxtarı amansızlıqla döyməyə başlayıb və əl-qolunu, ağzını "skoç"layaraq ona təcavüz edib.
Bundan sonra Muxtar hadisə barədə polisə məlumat verib.
Məhkəmədə Zamiq ona böhtan atıldığını deyib. Muxtar isə artıq Zamiqi bağışladığını bildirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Zamiqi Cinayət Məcəlləsinin 150-ci, yəni seksual xarakterli zorakılıq əməlləri maddəsi üzrə təqsirli bilib. O, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Taleh
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar
-
Cənubi Qafqaz14:26Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək - Paşinyan
-
Nida Xəbər 13:34Nazir ona yüksək vəzifə verdi - FOTO













.jpg)


























