Sosial
Telekanallarda plastik cərrahlara qadağa qoyulub? - Audiovizual Şuradan cavab
"Plastik cərrahların televiziya və radio kanallarının efirinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat həqiqəti əks etdirmir".
Publika.az apa-ya istinadla xəbər verir ki, bunu Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.
O qeyd edib ki, hər bir yayımçı efirə dəvət etdiyi şəxs və qonaq ilə bağlı özü məsuliyyət daşıyır: "Bu məqsədlə, həmişə olduğu kimi, kanallar efirə hər hansı bir sahədə fəaliyyət göstərən həkimləri dəvət edəndə onlardan fəaliyyət sahələri üzrə malik olduqları sertifikat və ya lisenziyasının olmasına diqqət yetirirlər. Belə sənədi olmayan şəxslər efirə buraxılmır. Son zamanlar da mediada, o cümlədən sosial media səhifələrində plastik cərrahlarla bağlı yayılan məlumatlar televiziya və radio yayımçılarını bu mövzuda diqqətli olmağa vadar edir".
T.Quliyev həmçinin bildirib ki, fəaliyyət istiqaməti üzrə müəyyən sənədləri olan həkimlər efirə sərbəst dəvət oluna bilirlər və bu standart qaydada baş verir.
-
Hadisə17:20Şəmkirdə 16 yaşlı qız ana oldu
-
MDB17:13Rusiyada bankı partlatdılar
-
Nida Xəbər 16:555 ölkədə 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib
-
ABŞ16:34Tramp: "Bu gün İran çox güclü zərbə alacaq!"
-
Nida Xəbər 16:27Azərbaycana təxliyə olunan səfir: "Partlayış səslərinə oyanır, qalxan tüstünü görürdük"
-
Nida Xəbər 15:09Beş əcnəbi diplomat İrandan Azərbaycana təxliyə edildi
-
MDB14:35Xarkovda dəhşət - Yaşayış binası vuruldu, ölənlər var(Foto)
-
Maraq dünyası13:31Dünyanı heyrətləndirən sədaqət hekayəsi: Düz 15 ildir ki...











.jpg)







.jpg)














