Nida Xəbər
Azərbaycana təxliyə olunan səfir: "Partlayış səslərinə oyanır, qalxan tüstünü görürdük"
İranı tərk edərək digər dörd avstriyalı diplomatla birgə Azərbaycana keçən Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Publika.az xəbər verir ki, Fridrix Ştift mətbuat nümayəndələri ilə söhbətində təfərrüatları bölüşüb.
"Hazırda İrandakı təhlükəli vəziyyətlə əlaqədar Bakıya yollanırıq. Hücumların (ABŞ və İsrailin İrana – red.) nə qədər davam edəcəyini bilmirik, ona görə də qərara gəldik ki, təhlükəsiz ölkəyə getmək daha yaxşıdır. Sərhəddə göstərilən isti münasibətə və qəbula görə Azərbaycan Respublikasına son dərəcə minnətdarıq", - diplomat bildirib.
Onun sözlərinə görə, onlar İran ərazisində hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalmaq niyyətindədirlər: "Biz burada nə qədər lazımdırsa, qalacağıq. Lakin ümid edirik ki, İrana qarşı döyüş əməliyyatları və zərbələr tezliklə başa çatacaq və biz Tehranda işimizə qayıtmaq imkanı əldə edəcəyik".
Diplomat, həmçinin İran paytaxtında partlayış səslərini şəxsən eşitdiyini deyib: "Son günlərdə biz gecə saat iki-üç radələrində partlayış səslərinə oyanırdıq və qalxan tüstüləri görürdük. Bu gün şəhəri tərk edərkən alov içində olan bir neçə bina gördük".
İranın Naxçıvana dron hücumunu şərh edən səfir bildirib: "Əlbəttə, bu cür zərbələrin baş verməsi yaxşı hal deyil".
Bununla yanaşı, F.Ştift əlavə edib ki, bu gün İran Prezidenti Məsud Pezeşkian müraciətlə çıxış edərək qonşulardan üzr istəyib və Tehranın qonşu dövlətlərə hücumları dayandırmaq niyyətini bəyan edib.
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR











.jpg)








.jpg)














