Vəzifəli şəxsin sürücüsü həbs edildi - Səbəb
Bizi izləyin

Sosial

Vəzifəli şəxsin sürücüsü həbs edildi - Səbəb

Ağdam rayonunun işğaldan azad olunmuş Kəngərli kəndi ərazisində tikinti işləri aparan Körpu Bina Tikinti Şirkətinin vəzifəli şəxsinin sürücüsü həbs edilib.

Publika.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, 1997-ci il tarixdə Yevlax rayonu Ərəş kəndində anadan olmuş Fərrux Rəsulov (şərti) Kəngərli kəndində saxlanılıb və barəsində İnzibati Xtəlar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub.

Fərrux Rəsulov həmin kənddə "QAZ 31" markalı avtomobili yüksək sürətlə idarə etdiyinə görə saxlanılıb. Ağdam polis əməkdaşlarına sənədlərini təqdim etməyib və "gedin işinizlə məşğul olun" kimi sözlər işlədib.

Məhkəmənin qərarı ilə Fərrux Rəsulov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm