Sosial
Onlayn satılan yarımfabrikat qutab, gürcü xəngəli: Sağlamlığa təhlükə var? - VİDEO
Son zamanlar sosial şəbəkələrdə yarımfabrikat qidalar satışa çıxarılır.
Publika.az "Xəzər TV"yə istinadən xəbər verir ki, bunların arasında düşbərə, qutab, gürcü xəngəli və digər məhsullar yer alır.
Paytaxtda apardığımız sorğu zamanı bu qidaların keyfiyyət baxımından yaxşı olduğunu deyənlər də, əksini iddia edənlər də oldu.
Qida eksperti Məhsəti Hüseynova isə deyir ki, yarımfabrikat qidalar sürətli və rahat istehlak üçün nəzərdə tutulub. Onların istehsalı və saxlanması zamanı gigiyena standartlarına əməl edilməməsi ciddi sağlamlıq riskləri yarada bilər.
Ekspert onu da bildirib ki, sosial şəbəkələrdə satılan yarımfabrikat qidaların hamısı ziyanlı deyil. Təmiz şəraitdə hazırlanan kifayət qədər qidalar da var. Bunun üçün həm istehsalçılar, həm də istehlakçılar gigiyenik qaydalara ciddi riayət etməli, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə önəm verməlidirlər.
Ətraflı videomaterialda:
-
Sosial07:47
Bu məhsul kəskin BAHALAŞA BİLƏR
-
Magazin106:46
Aygünlə Röya bir-birinə elə sözlər dedilər ki... - VİDEO
-
İKT06:16
"Telegram"da yeni fırıldaq üsulu ilə bağlı XƏBƏRDARLIQ
-
Avropa04:14
Arvadının paylaşdığı foto narkobaronun BAŞINA BƏLA OLDU
-
Səhiyyə02:12
Həkimlər bahalı dərman satışından faiz götürür? - VİDEO
-
Magazin100:30
Aygün Kazımovanın ad günü partisi - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ətrafınızda elə hadisələr baş verə bilər ki...
-
Magazin226 Yanvar 23:48
Məşhur qrupun yaradıcısı 94 yaşında VƏFAT ETDİ - FOTO