Külli miqdarda borcu olan şirkətin rəhbəri və adı dəyişdi
Bizi izləyin

Sosial

Külli miqdarda borcu olan şirkətin rəhbəri və adı dəyişdi

Aşqar istehsalı ilə məşğul olan Sumqayıt Aşqarlar ASC-nin rəhbəri dəyişib.

Publika.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl şirkətin baş direktoru vəzifəsinə Səxavət Ədalət oğlu Hüseynli təyin edilib. O, bu vəzifədə Rasim Dadaşevi əvəzləyib.

Bugünlərdə ASC adını da dəyişdiyini açıqlayıb. Belə ki, şirkət adını dəyişərək Sumqayıt Aşqarlar Oil Refinery ASC-yə çevrildiyini elan edib.

Qeyd edək ki, Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu verib, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılıb. Zavodun hüquqi varisi olan Sumqayıt-Aşqarlar ASC isə 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 596 004 manatdır. Qanuni təmsilçisi Səxavət Hüseynlidir.

Xatırladaq ki, şirkətin ötən illərdən yığılmış külli miqdarda vergi borcu hələ də ödənməmiş qalıb. Bugünə olan məlumata görə, "Sumqayıt Aşqarlar"ın ödənməmiş vergi borcunun miqdarı 319 714,99 manat təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm