ABŞ və İran bu ölkədə böyük təhlükə hesab olunur: SORĞU
Bizi izləyin

Dünya

ABŞ və İran bu ölkədə böyük təhlükə hesab olunur: SORĞU

Danimarka vətəndaşlarının təxminən yarısı ABŞ-ın krallıq üçün “çox böyük” təhlükə yaratdığına inanır.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" ölkədə keçirilən "YouGov" sorğusuna istinadən məlumat yayıb.

“Respondentlərin 46 faizi ABŞ-ı Danimarka üçün “çox böyük” və ya “olduqca böyük” təhlükə hesab edir. Eyni zamanda, respondentlərin yalnız 44 və 40 faizi müvafiq olaraq Şimali Koreya və İrandan ölkəyə təhlükə görür”, - nəşr yazır.

Məlum olub ki, sorğuda iştirak edən danimarkalıların 78 faizi Qrenlandiyanın ABŞ-a satılmasının əleyhinədir. Respondentlərin 72 faizi hesab edir ki, yekun qərarı Danimarka deyil, adanın hakimiyyət orqanları verməlidir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm