Sosial
Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı
Bundan daha gözəl, sevincli nə ola bilər ki?! Çünki neçə illər sonra öz elimizə, obamıza, doğma yurdumuza gəldik və mənim burada övladım dünyaya gəldi. Çox şükür!
Publika.az xəbər verir ki, bu sözləri işğaldan azad edildikdən sonra Xocalı rayonunda dünyaya gələn ilk körpə Mehdinin atası 1996-cı il təvəllüdlü Məmmədov İlqar Mehdi oğlu Teleqraf.com-a deyib.
Gənc ata sevincinin həddi-hüdudunun olmadığını bildirib:
“Belə sevinc yaşayacağım heç vaxt ağlıma gəlməzdi. Bu, çox gözəl bir sevincdir. Yəqin o da atası kimi qəhrəman böyüyər. Bundan sonra həyatımız, Xocalımız daha da gözəl olsun. Vətənpərvər övladlar böyüdüb Xocalını canlandıraq, yaşadaq”.
Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı olan İlqar Məmmədov hazırda ANAMA-da inzibatçı vəzifəsində çalışır.
O, ana və körpənin vəziyyətinin yaxşı olduğunu və biri gün evə buraxılacağını bildirib.
Qeyd edək ki, gənc ailə bu il yanvarın 25-də Xocalı rayonuna köçüb.
-
Magazin119:12
İDDİA: “İTV Avroviziyaya “Mamagama”nı göndərir” - VİDEO
-
Rəsmi xronika15:48
Prezident fərman imzaladı
-
İqtisadi gündəm14:32
Bu şəxslərə 15 min manat veriləcək - RƏSMİ
-
Kriminal14:14
Goranboyda biabırçılıq: İşləməyə gələn 21 yaşlı qızın başına oyun açdılar - ŞOK TƏFƏRRÜAT
-
ABŞ13:34
Trampın qızı idman zalından açıq-saçıq geyimdə FOTO paylaşdı - Yazdı ki...
-
Sağlamlıq12:46
İnsanlar üçün QORXULU GÜN: Fevralın 8-də...
-
Sosial10:54
Əcnəbilər rayonlara niyə getmir?
-
Magazin210:24
Seda Sayan cinayət başında yaxalandı: axtarış zamanı görün nələr tapılıb