Sosial
Kəngərlidə hərbi sursatlar aşkar olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120 mm-lik və 1 ədəd 110 mm-lik qəlpəli top mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

-
Magazin206:16
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Avropa02:12
Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Sosial11 Fevral 23:36
Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər
-
Magazin211 Fevral 23:12
25 yaşlı parlayan ulduz Merilin Monro rolunda - FOTO
-
İdman11 Fevral 21:48
Kadi qayıdışını qolla qeyd etdi - VİDEO
-
Magazin111 Fevral 21:24
Əməkdar artist bu restorandan qovuldu - FOTO
-
Hadisə11 Fevral 19:49
Sahibsiz dana Bakını bir-birinə vurdu - VİDEO