Sosial
Vəzifəli şəxsin ölümünə səbəb olan iş yoldaşına hökm oxundu
Ağsu rayon Məhkəməsində 6 ay əvvəl bu rayonda ağır yol-nəqliyyat hadisəsi törətmiş məmura hökm oxunub.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondunun Dağlıq-Şirvan Regional filialının Ağsu qəbul şöbəsinin baş mühasibi-aparıcı mütəxəssisi vəzifəsində çalışan Nazim Abışov Cinayət Məcəlləsinin 263-cü maddəsi üzrə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, işi ilə əlaqədar yola çıxan N.Abışovun idarə etdiyi avtomobil Ağsu şəhərinin Tofiq İsmayılov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qəfildən idarəetmədən çıxaraq hasara çırpılıb.
Nəticədə nazirliyin regional filialının vəzifəli əməkdaşı Rövşən Əzizbəy oğlu Əmirov hadisə yerində ölüb, sürücü N.Abışov isə ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məhkəmədə ifadə verən N.Abışov hadisə vaxtı R.Əmirovla birgə əmlakların qeydiyyatı ilə bağlı yol getdiklərini və “Vaz 2106” markalı avtomobilin qəfil yoldan çıxdığını deyib.
Ağsu məhkəməsinin bir neçə gün öncə çıxardığı hökmlə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. N.Abişovun sürücülük hüququ əlavə olaraq 1 il 6 ay müddətə məhdudlaşdırılıb.
-
Ekologiya13:58
Qorxulu xəbərdarlıq: 7,5 bal gücündə zəlzələ olacaq, 4 milyon insan...
-
Sosial13:20
“Məşhur restoranların sahibi pulumu vermir” - VİDEO
-
MDB12:18
Bu gündən qüvvəyə mindi: Rusiyada miqrantların “qara günləri” başladı
-
İdman12:06
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu - EKSKLÜZİV
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır
-
MDB10:12
Ukraynada demoqrafik problem: bu türk dövlətlərinin vətəndaşlarını dəvət edəcəklər