Sosial
DYP-dən bu sürücülərə müraciət
Son vaxtlar səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə tez-tez rast gəlinir ki, bu da yollarda arzuolunmaz hadisələrin, ağır faciələrin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Publika.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciətində deyilir.
"Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan verilən tövsiyələrə əməl etməyi, səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir", müraciətdə deyilir.
O da bildirilib ki, ötən gün Bakı-Sumqayıt şosesində halı pisləşən sürücüyə yol polisi tərəfindən ilkin tibbi yardım göstərilib və bu hadisə bir müddət yolda sıxlığa səbəb olub.
-
Avropa19:00Anadan türkürpədən cəza üsulu - Altı yaşlı qızını məcbur edib ki...
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı

































.jpg)

