Sosial
Bir sıra vəzifəli şəxslər barəsində cinayət işi başlandı
Respublika Endokrinoloji Mərkəzinin bir sıra vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
"Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda deyilir.
Bildirilib ki, toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.
-
Dünya13:46Müharibədən bəri ilk - Dünyanın gözü bu iki gəmidədir
-
İdman13:39FİFA Elxan Məmmədovdan başqa hamının maaşını açıqladı: İnfantino nə qədər qazanır?
-
Dünya12:50Özbəkistan prezidentinin qızı Trampın iqamətgahında: Kiminlə görüşüb? - FOTO
-
Magazin212:30Məşhur supermodelin Epşteynlə münasibəti olub? - And-aman edir ki...
-
Dünya12:12Dollar və avro rubl qarşısında çökdü: Bazarda nə baş verir?
-
İdman11:36"Real"ın ulduzunun sevgilisi çimərlikdən elə fotolar paylaşdı ki...
-
Region11:06Türkiyə aeroportunda insident: Avtomobil Rusiya təyyarəsinə çırpıldı, sərnişinlər...
-
Sosial10:06Yağıntılar nə vaxtadək davam edəcək?







.jpg)



.jpg)
























