Sosial
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirildi - VİDEO
Hərbi Dəniz Qüvvələrində (HDQ) “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin Komanda İdarəetmə Məntəqəsində olub, burada mərhələlər üzrə yerinə yetirilən tapşırıqlar haqqında komandir heyətinin məruzələrini dinləyib.
Qeyd olunub ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimin başlıca məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə fəaliyyətləri icra ediblər. Həmçinin gündüz və gecə şəraitində, sahildə və adalarda şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkar edilməsi və xüsusi əməliyyatlarla terror qruplaşmalarının məhv edilməsi üzrə taktiki elementlər uğurla yerinə yetirilib.
Təlim çərçivəsində axtarış-xilasetmə tədbirləri və qəzalı gəminin təxliyəsi üzrə fəaliyyətlərin icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib.
Döyüş atışlı taktiki təlimdə əsas diqqət mürəkkəb şəraitdə gəmilərin idarə olunmasına, dəniz qüvvə və vasitələri arasında qarşılıqlı əlaqənin təşkilinə, uzlaşmanın və birgə fəaliyyətlərin təkmilləşdirilməsinə yönəldilib.
Təlimin gedişatını izləyən müdafiə naziri şəxsi heyətin peşəkarlığını, qarşıya qoyulmuş tapşırıqların icrasını müsbət qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi





































