Sosial
FHN-in regional mərkəzlərində mülki müdafiə kursları keçirildi
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2026-cı il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən mülki müdafiə kursları keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən “Ümumtəhsil orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, “İnzibati ərazi dairələri üzrə nümayəndələr” və “Bələdiyyə sədrləri”, Şimal RM tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” və “Xilasetmə manqa komandirləri”, Gəncə RM tərəfindən “Kəşfiyyat Manqa komandirləri”, “Gənclərin çağırışadək hazırlığı üzrə rəhbərlər”, “Hərbi müəllim” və “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Cənub RM tərəfindən “Xilasetmə manqalarının komandirləri”, “Ümumtəhsil orta məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri” və “Yanğınsöndürmə manqalarının komandirləri”, Muğan RM tərəfindən “Təlim-tərbiyə üzrə direktor müavinləri”, “İnzibati ərazi dairəsi nümayəndələr” və “İctimai təhlükəsizliyin mühafizəsi manqasının komandirləri”, Şimal-qərb RM tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümayəndələr”, “Bələdiyyə sədrləri” və “Gənclərin çağrışaqədərki hazırlığı üzrə rəhbərlər”, Aran RM tərəfindən “İnzibati ərazi dairələri üzrə nümayəndələr”, “Kəşfiyyat manqalarının komandirləri”, “Ümumtəhsil orta məktəbləri, kollec və peşə liseylərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Qarabağ RM tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümayəndələr” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.
Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara dair fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...




































