Sosial
FHN Sumqayıtda yanğın-taktiki təlim keçirdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə SOCAR-ın Sumqayıt şəhərində yerləşən Karbamid Zavodunda "Anbarlarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili" mövzusunda yanğın-taktiki təlim keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, həmçinin SOCAR-ın Karbamid Zavodunun əməkdaşları cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd anbarlarda baş verə bilən yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlimdə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in qüvvələri müəssisə işçilərinin "təhlükəli ərazidən" təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi", "zərəçəkmişlərin xilas edilməsi" əməliyyatını yerinə yetiriblər.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
-
İdman13:37
Rövşən Nəcəf Ayxan Abbasovla niyə görüşüb? - AFFA-da müəmmalı vəziyyət
-
Magazin113:17
Cabir İmanovun vida mərasiminə görə Türkiyədən Bakıya gəldilər - FOTO
-
Sosial13:15
Sabah hava yağıntılı və küləkli olacaq
-
Magazin112:43
Cabir İmanovun məşqçisi danışdı - VİDEO
-
Sosial12:03
Metroda gedişhaqqı məsələsi parlamentdə müzakirə olundu
-
Ekologiya11:20
Təhlükəli "üzük"lər, hanniballar və... - Qədim gölün SİRR DÜNYASI
-
Qoroskop10:20
Pula pul deməyəcəklər: Bu bürclər oktyabr ayında zəngin olacaqlar
-
Köşə09:20
İzlədim: Cabir Ölümü əsalətlə ifa etdi, möhtəşəm idi...