Rövşən Nəcəf Ayxan Abbasovla niyə görüşüb? - AFFA-da müəmmalı vəziyyət
Bizi izləyin

İdman

Rövşən Nəcəf Ayxan Abbasovla niyə görüşüb? - AFFA-da müəmmalı vəziyyət

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf A milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə assosiasiyanın saytı məlumat yayıb.

Görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Rəsmi açıqlamadan göründüyü kimi, Ayxan Abbasovun A milliyə mümkün təyinatına dair əlavə məlumat verilməyib. Lakin Ayxan Abbasov milliyə baş məçqçi təyin edildiyinə dair məlumatlar var. Amma anlaşmanın hansı müddətə olduğu məlum deyil.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm