Sosial
Qusarda gənclərin DİO-da xidmətə və təhsilə təşviq edilməsi ilə bağlı görüş keçirildi

Qusar Rayon Polis Şöbəsində IX-XI sinif şagirdləri ilə "Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi" məqsədi ilə görüş keçirilib. Tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev, Polis Akademiyasının əməkdaşı polis polkovnik-leytenantı Eldəniz Kazımov və RPŞ-nin digər əməkdaşları, həmçinin, müəllim və valideynlər iştirak ediblər.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən polis rəisi A.Əfəndiyev daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyası ilə bağlı ətraflı məlumatlar verib. Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.
Daha sonra çıxış edən E.Kazımov şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri,üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verib.
Görüşün sonunda dinləyicilərin sualları cavablandırılıb, eləcə də Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindən bəhs edən video çarx nümayiş etdirilib.
.jpg)
-
MDB15:28
Kremldən Putinin nəvələri ilə bağlı açıqlama: Onu necə təbrik edəcəklər?
-
Nida Xəbər 15:11
Orban artıq Qəbələdədir: Ərdoğanla Tokayev də gələcək
-
Hadisə14:02
Gəncədə maşın 4 piyadanı vurdu - Ölən və yaralananlar var
-
Səhiyyə12:14
Əhalinin nəzərinə: Oktyabrın 8-dən...
-
Sosial11:56
Rusiya xüsusi sistem hazırlayıb: Azərbaycanda da satılan bu zərərli məhsullarla bağlı
-
Rəsmi xronika11:50
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul etdi
-
Nida Xəbər 10:34
Əli Əsədov qərar imzaladı
-
İdman09:48
Üç uşaq anası olan cazibədar aparıcı: "Real"ın ulduzuna görə Madridə gəldi - FOTOLAR