Sosial
Söküləcəyi deyilən tarixi bina ilə bağlı açıqlama - VİDEO

Sosial şəbəkələrdə Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən tarixi binanın söküləcəyi ilə bağlı iddialar yayılıb.
Publika.az xəbər verir ki, sözügedən binanın yaxın vaxtlarda söküləcəyi, artıq bununla bağlı yaşayış yerinin üzərində müvafiq işarələrin də qoyulduğu deyilir.
Problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, həmin binanın sökülməsi nəzərdə tutulmayıb: “Bildirmək istəyirik ki, 1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur”.
Komitədən əlavə edilib ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir.(“Qafqazinfo”)
-
Nida Xəbər 15:11
Orban artıq Qəbələdədir: Ərdoğanla Tokayev də gələcək
-
Hadisə14:02
Gəncədə maşın 4 piyadanı vurdu - Ölən və yaralananlar var
-
Səhiyyə12:14
Əhalinin nəzərinə: Oktyabrın 8-dən...
-
Sosial11:56
Rusiya xüsusi sistem hazırlayıb: Azərbaycanda da satılan bu zərərli məhsullarla bağlı
-
Rəsmi xronika11:50
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul etdi
-
Nida Xəbər 10:34
Əli Əsədov qərar imzaladı
-
İdman09:48
Üç uşaq anası olan cazibədar aparıcı: "Real"ın ulduzuna görə Madridə gəldi - FOTOLAR
-
Magazin208:48
Dua Lipa səhnəyə elə libasda çıxdı ki... - VİDEO