Anri yenə "Qarabağ"dan danışdı: Bu komandanı dayandırmaq üçün...
Bizi izləyin

İdman

Anri yenə "Qarabağ"dan danışdı: Bu komandanı dayandırmaq üçün...

Fransa millisinin, "Arsenal", "Barselona" klublarının əfsanəsi və hazırda İngiltərənin "CBS Sport" kanalında ekspert kimi çalışan Tyerri Anri yenə də "Qarabağ"dan danışıb.

Publika.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 2-ci turunda "Kopenhagen" üzərində qələbə qazanaraq (2:0) xallarının sayını 6-ya çatdıran Azərbaycan çempionunun oyun üslubunu təhlil edib və komandanı tərifləyib:

"Qarabağ" çox sadə, amma effektiv futbol oynayır. Sürətli keçidlər və fasiləsiz, güclü cinah müdafiəçi reydləri ilə rəqibi çətin vəziyyətə salır. Cinah müdafiəçilərini izləmədən "Qarabağ"ı dayandırmaq üçün çox yüksək səviyyəli bir komanda olmalısan. Futbol sadə oyundur, çətin olan isə sadə oynamaqdır. "Qarabağ" sadəcə bunu edir, vəssalam".

Qeyd edək ki, Anri "Benfika" ilə oyundan əvvəl də "Qarabağ"ın sensasiya edəcəyini bildirmişdi.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm