Dünya
Tramp Məhəmməd bin Salmanı niyə təhqir edib? - Şok səbəb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları davam edərkən Donald Trump ritorikasını daha da sərtləşdirərək Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı hədəfə alıb.
Publika.az xəbər verir ki, Mayamidə keçirilən investisiya tədbirində çıxış edən Tramp açıq şəkildə Ər-Riyada mesaj göndərib.
O, ABŞ-ın regionda təhlükəsizliyi təmin etdiyini vurğulayıb və Səudiyyə rəhbərliyindən “daha yaxşı münasibət” tələb edərək, vulqar sözlərdən istifadə edib.
Türkiyəli professor Ahmet Kasım Han "Milliyyet"ə verdiyi açıqlamada Trampın bu davranışını onun uğursuzluq və məyusluğu ilə əlaqələndirib. Ekspertin fikrincə, ABŞ prezidenti İrana qarşı proseslərdə nəzarəti itirib. Onun sözlərinə görə, Trampın gözləntiləri ilə reallıq arasındakı fərq ciddi məyusluq yaradıb və bu da aqressiv ritorika ilə nəticələnib. Han bildirib ki, Tramp bu vəziyyətlərdə tez-tez emosional və “ədəbsiz” çıxışlar edir.
Han hesab edir ki, xüsusilə Sədiyyə Ərəbistanı kimi tərəfdaşların daha müstəqil siyasət yürütməsi ABŞ-ı narahat edir və bu da münasibətlərdə gərginliyi artırır.
Professor Kamer Kasım isə Trampın ritorikasını daha çox strateji mesaj kimi qiymətləndirir. Onun fikrincə, burada əsas məqsəd müttəfiqlərə ABŞ-dan asılı olduqlarını xatırlatmaqdır.
Ekspertin sözlərinə görə, bu addımların başında neft hasilatının artırılması dayanır. Çünki hazırda Vaşinqtonu ən çox narahat edən məsələ enerji qiymətləridir: “ABŞ seçicisi üçün neft qiymətləri çox həssas mövzudur. Tramp qiymətlərin artmasından ciddi narahatdır və bunu nəzarətdə saxlamaq istəyir”.
Onun fikrincə, müharibədən sonra Körfəz ölkələri daha ehtiyatlı siyasət yürüdəcək, eyni zamanda silahlanma yarışının sürətlənməsi mümkündür.
Roza
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
















.jpg)
.png)



















