Sosial
Azərbaycanda məşhur muzey ləğv edildi
Naxçıvan Duz Muzeyi ləğv edilib.
Publika.az modern.az-a istinadla xəbər verir ki, muzey artıq fəaliyyətini dayandırıb.
Muzeyin ləğvedilmə səbəbi məlum deyil.
Ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilir.
Qeyd edək ki, Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey 2017-ci ildə Vasif Talıbovun qərarı ilə yaradılmışdı. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun əhəmiyyətini diqqətə çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub-saxlanılmasını və təbliğini təmin etməkdir.
Muzeydə daş alətlər, daş çəkic və çapacaqlar, duz saxlamaq və ya duzu müxtəlif yerlərə daşımaq üçün istifadə olunmuş duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə, dəstər və digər dəyərli eksponatlar qorunub-saxlanılırdı.
Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Naxçıvan Duz İstehsalı" MMC-də istehsal və qablaşdırma dayandırılıb.
-
Dünya13:05Qəddafinin oğlu azadlığa buraxıldı - Bu şərtlə
-
Sosial12:35Sabah 21 dərəcə isti olacaq - PROQNOZ
-
Sosial11:55Azərbaycanda məşhur muzey ləğv edildi
-
İdman11:25“Qarabağ”ın rəqibinin prezidenti sükutu pozdu: Baş məşqçi qovulur?
-
Magazin109:30Rəşad Dağlı həbsdən çıxıb? - VİDEO
-
ABŞ08:30Tramp şatdaunun ləğvindən danışdı
-
Dünya07:55Humanitar yardım aparan təyyarə evin həyətinə düşdü: ölənlər var - Video/Yeniləndi
-
Dünya07:35Bu şəhərdəki bütün kişilər "yoxa çıxdı"




































.jpg)
