Sosial
6 gün sonra milyonlarla telefon işləməyəcək
Mobil şəbəkələrdən bir il ərzində fasiləsiz siqnal almayan telefonlar üçün kritik proses başlayıb.
Publika.az xəbər verir ki, qanunvericiliyə əsasən, bu cihazların IMEI qeydiyyatı 31 dekabr 2025-ci il tarixindən etibarən deaktiv ediləcək, 1 yanvar 2026-cı ildən isə şəbəkəyə çıxışı tamamilə bağlanacaq.
Mütəxəssislərin hesablamalarına görə, təxminən 3 milyon mobil telefon bu risklə üz-üzədir. İstifadəçilər cihazlarının bağlanmasının qarşısını almaq üçün ilin sonuna qədər tədbir görməlidirlər.
2024-cü ildə qüvvəyə minən qaydalara əsasən, BTK (İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumu) qeydiyyatında olan, lakin 1 yanvar - 31 dekabr tarixləri arasında mobil şəbəkəyə qoşulmayan cihazlar "istifadə olunmamış telefonlar" kimi təsnif edilir. Bu telefonların IMEI nömrələri aktiv bazadan silinir və passiv siyahıya köçürülür. Nəticədə cihazlar işləsə də, zəng və mobil internetdən istifadə mümkün olmur.
Mütəxəssislər bildirirlər ki, telefonun sadəcə açılması kifayət deyil. IMEI-nin aktiv qalması üçün:
Cihaza aktiv SIM kart taxılmalı, telefon operatorun baza stansiyası ilə əlaqə qurulmalıdır, yəni cihaz real siqnal almalıdır.
Bu addım cihazın sistemdə "aktiv" kimi tanınmasını təmin edir.(Milli.Az)
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir













.jpg)








.jpg)













