Sosial
Endirimdə sifariş verdi, amma qiymət iki dəfə artırıldı - "Karaca"dan şikayət
"Karaca" mağazası sifarişimi qəbul etsə də, sonradan qiyməti iki dəfə artırdı.
Bu sözləri Bakıda fəaliyyət göstərən "Karaca" mağazasından narazılıq edən vətəndaş Publika.az-a müraciətində bildirib.
Şikayətçinin sözlərinə görə, dekabrın 28-də “Karaca” mağazası ilə əlaqə saxlayaraq endirim kampaniyası çərçivəsində 99 manata təklif olunan qazan dəstini sifariş edib.

O bildirib ki, mağaza sifarişi rəsmi şəkildə qəbul edib və məhsulun qısa müddətdə çatdırılacağını vəd edib. Lakin sifarişdən sonra məhsul müxtəlif bəhanələrlə gecikdirilib. Şikayətçi qeyd edir ki, hər dəfə mağaza tərəfindən “tezliklə göndəriləcək” cavabı verilsə də, faktiki çatdırılma həyata keçirilməyib.
Bir neçə gün sonra isə mağaza əməkdaşları sifariş edilən qazan dəstinin qiymətinin 99 manat deyil, 199 manat olduğunu bildiriblər. Müştəri bu qiymət dəyişikliyinə etiraz etdikdə, ona endirim kampaniyasının artıq başa çatdığı deyilib.
Şikayətçi ona qarşı haqsızlıq edildiyini deyib:
"Əgər endirim bitmişdisə, sifarişim niyə qəbul edildi? Məhsul niyə günlərlə göndərilmədi? Bu, "endirim kampaniyası" adı altında istehlakçıların aldadılması, onların hüquqlarının kobud şəkildə pozulmasından başqa bir şey deyil".
Gülnar Süleymanova
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?



















.jpg)













