Sosial
Valideyn himayəsindən məhrum uşaqlar həbsdə olan anaları ilə görüşdü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə bu il də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir çərçivəsində Agentliyin uşaq evi sosial xidmət müəssisələrinin sakinləri olan, valideyn himayəsindən məhrum 18 uşağın 4 saylı cəzaçəkmə müəssisəsində olan anaları ilə görüşü təşkil edilib.
Uşaqlar hazırladıqları hədiyyələri və gül dəstələrini analarına təqdim edərək onları bayram münasibətilə təbrik ediblər. Sonra onların ifasında şeir, musiqi və rəqs nümunələri təqdim edilib və böyük maraqla qarşılanıb.
Proqram çərçivəsində təşkil olunan əyləncəli oyunlar görüşə rəngarənglik qatıb və xoş xatirələrlə yadda qalıb.
Tədbirin məqsədi məhkum qadınlara öz ailə üzvləri ilə daha çox vaxt keçirmək imkanı yaratmaq, onların sosial reabilitasiyasını təmin etmək və azadlığa çıxdıqdan sonra onlar tərəfindən törədilə biləcək residiv cinayətlərin qarşısını almaqdır.
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi




































.jpg)


