Sosial
Bir ildə Dövlət Məşğulluq Agentliyi 69,5 min qadını işlə təmin edib
Ötən il özünüməşğulluq proqramı üzrə 6,5 mindən çox qadın üçün kiçik ailə təsərrüfatları yaradılıb.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qadınların əmək bazarına çıxış, məşğulluq imkanlarının artırılması ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə tədbirlərin davamı olaraq, 2025-ci ildə daha 69,5 min qadın münasib işlə təmin edilib.
Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışına imkanlar yaradıb. Son bir ildə də 6,5 mindən çox qadına özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.
Aktiv məşğulluq proqramlarından biri də işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilməsidir. Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 18,4 min şəxs peşə hazırlığı kurslarına cəlb olunub ki, onlardan 11,8 min nəfərini qadınlar təşkil edib.
Son illərdə ölkəmizin əmək qanunvericiliyində qadın əməyi ilə bağlı aparılan təkmilləşdirmələr qadınların məşğulluq imkanlarının artırılmasına yönəlib. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar nümunə kimi göstərilib. Həmçinin, Dünya Bankının Qadın, Biznes və Hüquq üzrə 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycan öz indeksini 78,8-dən 85-ə çatdırıb və 35 pillə irəliləyərək, 190 ölkə arasında 104-cü pillədən 69-cu pilləyə yüksəlib.
-
ABŞ13 Aprel 19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya13 Aprel 18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə13 Aprel 18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial13 Aprel 17:29Xalq artisti vəfat etdi
-
Dünya13 Aprel 17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial13 Aprel 16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial13 Aprel 15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman13 Aprel 14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı










.jpg)





















