Sosial
"Azercell"in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib - FOTO
"Azercell"in dəstəyi ilə həyata keçirilən “FutureFem 2.0 - Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi” layihəsinin açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, layihə "Azercell"in qadınların sosial və iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş “Həyatı daha dolğun edirik:qadınlara dəstək proqramı” çərçivəsində qalib seçilən təşəbbüslərdən biridir və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən icra olunur. “FutureFem 2.0” layihəsi gənc qadınların sahibkarlıq, innovasiya və texnologiya sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.
Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart-may ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızı əhatə edir. Layihə ümumilikdə 6 əsas mərhələdən və 8 təlim modulundan ibarətdir. Proqram çərçivəsində iştirakçılar sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv kommunikasiya istiqamətlərində praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək. İştirakçılar 33, 33 və 34 nəfərdən ibarət üç qrupa bölünərək rotasiya prinsipi əsasında hər mövzu üzrə iki həftəlik təlim modullarında iştirak edəcəklər.
Layihənin sonunda keçiriləcək “FutureFem Challenge” mərhələsində iştirakçılar innovasiya və sahibkarlıq yönümlü ideyalarını ekspertlər və münsiflər heyəti qarşısında təqdim edəcəklər. Müsabiqədə təqdim olunan ideyalar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qiymətləndiriləcək və ən uğurlu komandalar əlavə mentorluq və inkişaf imkanları qazanacaqlar.
Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə reallaşdırılır.
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?
-
Hadisə21 Aprel 21:00Bakı metrosunda bədbəxt hadisə - Ölən var


























.jpg)









