Sosial
“OBA” Veysəloğlu Şirkətlər Qrupunda 2025-ci ilin şirkəti seçildi - FOTO
Veysəloğlu Şirkətlər Qrupunun “Gücümüz Birliyimizdədir” şüarı altında keçirilən ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbirində “OBA” marketlər şəbəkəsi 2025-ci ilin şirkəti seçilib.
Publika.az xəbər verir ki, tədbir çərçivəsində ötən ilin nəticələri dəyərləndirilib, qarşıdakı dövr üzrə strateji hədəflər və inkişaf istiqamətləri müəyyənləşdirilib.
Eyni zamanda, müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələr də təltif olunub. Belə ki, “İnkişafa töhfə” nominasiyası üzrə “İnnovativ Həllər Marafonu – OBA Startap, İnnovasiya və Dəstək”, “Əməliyyatlarda mükəmməllik” nominasiyası üzrə “Shelf-Life Management Project”, “Rəqəmsal transformasiya” nominasiyası üzrə isə “OBA AI Hub” layihəsi mükafata layiq görülüb.
Bununla yanaşı, CEO-nun xüsusi nominasiyasına “Əsgər mağaza” , “Azərlotereya” və “Single Picking” layihələri layiq görülüb.
Çıxışlar zamanı “OBA” marketlər şəbəkəsinin son bir il ərzində əldə etdiyi nəticələr, qənaətli qonşu market konsepti üzrə inkişaf dinamikası və növbəti mərhələ üçün prioritetləri təqdim olunub.
Bildirilib ki, ötən il “OBA” üçün transformasiya, davamlı inkişaf və miqyaslanma mərhələsi ilə yadda qalıb. Şirkət fəaliyyətini ölkə üzrə daha çox ailəyə keyfiyyətli məhsulları əlçatan qiymətlərlə təqdim etmək, rahat alış-veriş təcrübəsi yaratmaq və müştəri məmnuniyyətini artırmaq istiqamətində uğurla davam etdirib.
Bu çərçivədə şəbəkənin genişlənməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi və müştəri dəyərinin artırılması əsas prioritet istiqamətlərdən biri olub.
Qeyd edək ki, bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi 1700 filialı və 12 minə yaxın əməkdaşı ilə müştərilərinə sevinclə xidmət göstərir.
“OBA” artıq 3 ildir ki, sözügedən mükafata layiq görülür.
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı























.jpg)

















.jpg)


