Sosial
Qubadlıda hərbi qulluqçular üçün yeni yaşayış kompleksi istifadəyə verildi - FOTO/VİDEO
Bu gün Dövlət Sərhəd Xidmətinin “Qubadlı” əlahiddə sərhəd diviziyasının N saylı hərbi hissəsində əsaslı təmirdən çıxmış 53 mənzildən ibarət ikimərtəbəli və dördmərtəbəli “Sərhədçi” yaşayış kompleksi zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının istifadəsinə verilib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Tədbir zamanı bildirilib ki, müasir standartlara cavab verən yaşayış binalarına su və elektrik xətləri çəkilib, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, mənzillər mətbəx avadanlığı ilə təchiz olunub. Binaların həyətində sakinlərin istirahəti üçün park və idman meydançası salınıb, yaşıllaşdırma işləri görülüb, müxtəlif ağac və gül kolları əkilib, əraziyə asfalt örtük çəkilib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev dövlət sərhədinin mühafizəsi və müdafiəsində fərqlənmiş hərbi qulluqçulara orden və medallar, həmçinin xidməti mənzillərin orderlərini təqdim edib, daha sonra yaşayış binalarında yaradılmış şəraitlə tanış olmub və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb.
Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdiyi ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda hərbi qulluqçular və ailə üzvləri ilə xatirə fotoşəkilləri çəkilib.
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı















.jpg)

















.jpg)


