Sosial
Bu müəllimlərin maaşı 35 faiz artırılsın - TƏKLİF
"Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faiz artır. Daha çox təhsilverənin sertifikaslaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı".
Publika.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 faiz olar ki, bu da sözügedən sektoru əməyin daha yaxından qiymətləndilməsinə imkan verə bilər:
“Hazırda 48-51 ballar toplayan müəllimlərdə əmək haqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalar ilə 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşı 10 faiz, cəmi 1 bal çox toplayandan isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticə göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur”, - deyə o qeyd edib.
Deputatın təkliflərinə münasibət bildiriən mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib ki, vurğuladığınız meyarlar artıq işə qəbul qaydalarında nəzərdə tutulub:
“Sadəcə olaraq, bu istisnaların yenidən qanunvericiliyə daxil edilməsi üçün müəyyən prosedurlar mövcuddur. Bu proses dövlət orqanları ilə, o cümlədən Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmalıdır. Ona görə də növbəti mərhələlərdə bu təklifləri dəyərləndirib nəzərə alacağıq. Sertifikasiya haqqında qanun qəbul edildikdən sonra müvafiq qaydalar da hazırlanacaq və həmin qaydalarda əmək haqlarının artırılma faizi də öz əksini tapacaq”.
-
Rəsmi xronika13:51Milli Məclis Prezident və xanımını təbrik etdi
-
Dünya13:31Laricani öldürüldü - İsraildən iddia
-
ABŞ11:43Sələfləri Trampı İran məsələsinə görə yalançı çıxartdılar: Danışmamışıq
-
Köşə10:44Çit torbalardan asılan xatirələr: İlaxır çərşənbənin müqəddəs intizarı
-
Yaxın Şərq10:38Böyük savaş: 6500-dən çox döyüş uçuşu - ABŞ İrana hücumun şok detallarını açıqladı
-
Dünya10:02Gözlər ora dikildi: Kərkük nefti yenidən Ceyhana axacaq
-
Nida Xəbər 09:50Bu ölkənin nəhəng hərbi təyyarəsi Ermənistan üzərindən Bakıya niyə uçubmuş?
-
Yaxın Şərq09:12Müctəba Xamenei ilə bağlı İrandan yeni xəbər gəldi: Tezliklə...










.png)

.jpg)







.jpg)








.jpg)








