Sosial
Bakıda 7 marşrut xəttində avtobuslar tam elektrikləşdirildi
Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində "Albalılıq elektrik avtobus deposu"nun istifadəyə verilməsi ilə 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd BYD markalı tam elektrik mühərrikli avtobusa xidmət göstərilir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, yeni avtobuslar Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa və Nardaran qəsəbələrini "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NMM) ilə əlaqələndirir. Bu yanaşma avtobusların depodan xidmət edəcəyi əraziyə kimi daha tez çatmasına və sürətli enerji doldurulmasına şərait yaradır.
"Artıq yeddi marşrut xətti üzrə (140, 150, 172, 189, 140E, 141E və M8) istifadə olunan avtobusların hamısı yenilənərək tam elektrikləşdirilib.
Qeyd edək ki, sözügedən marşrut xətləri üzrə daha əvvəl istifadə olunan BMC markalı ekoloji təmiz avtobuslar isə "BakuBus" MMC tərəfindən paytaxtın digər ərazilərində fəaliyyət göstərən mövcud marşrut xətlərinin gücləndirilməsinə cəlb olunub.
Sərnişin tələbatı və axını nəzərə alınaraq mövcud marşrutlara əlavə nəqliyyat vasitələrinin buraxılması ilə əhalinin ictimai nəqliyyata əlçatanlığı artırılıb, avtobusların yüklülüyü azalıb və xidmət keyfiyyəti yüksəldilib.
Elektrikli avtobuslar yaşıl və dayanıqlı nəqliyyat sisteminin əsas elementlərindən olmaqla atmosferə zərərli qazların buraxılmasını aradan qaldırır, havanın keyfiyyətini yaxşılaşdırır və səs-küyü azaldır. Bu isə ekoloji vəziyyətə və müasir ictimai nəqliyyat sisteminin inkişafına mühüm töhfə verir", - deyə AYNA-nın məlumatında vurğulanıb.
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi


















.jpg)













.jpg)



