Sosial
Fövqəladə Hallar Nazirliyi “28 Mall” ticarət mərkəzində təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektİ 45 ünvanında fəaliyyət göstərən "28 Mall" ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd "28 Mall" ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ticarət mərkəzində təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın” qısa müddətdə söndürülüb.
Təlimə ümumilikdə 20 nəfərdən ibarət şəxsi heyət, 4 ədəd texnika cəlb edilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
-
Dünya13:28Ələ keçirilən İran gəmisi nə daşıyırmış? - Şok iddia
-
Sosial13:10Metronun bütün stansiyalarına giriş məhdudlaşdırıldı: Sərnişinlər evakuasiya edildi - YENİLƏNDİ
-
İqtisadi gündəm12:14Rusiyada əhaliyə şad xəbər: Kartof ucuzlaşır - Azərbaycana təsir edəcək?
-
Nida Xəbər 11:57Vardanyan Ermənistanın ombudsmanını Bakıya çağırdı: Həyat yoldaşı da gələcək
-
Dünya11:22İranla münaqişədən sonra ABŞ-ın dünyadakı rolu: Ağlabatan bir şəxs prezident olarsa...
-
Hadisə10:50“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Donbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
























.png)


















