Sosial
Attraksionlar texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir - Sahil Mənsimov
“Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi təhlükə potensiallı obyektlərdə texniki nəzarətin təşkili və onun icra olunması üçün dövlət nəzarətini həyata keçirir.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müffətişliyinin rəisi Sahil Mənsimov deyib.
Onun sözlərinə görə, hər bir mexanikləşdirilmiş attraksion istismara buraxılmadan əvvəl təhlükəsizlik sertifikatı əsasında ekspertizadan keçirilməli və qeydiyyata alınmalıdır:
“Hər bir attraksionun istismara buraxılmasından sonra müəyyən edilmiş müddətlər üzrə mütəmadi olaraq qeydiyyatdan keçməsi və təhlükəsiz istifadəsi təmin edilməlidir. Attraksion sahibi tərəfindən hər bir qurğunun təhlükəsiz istismarı təmin edilməli, bu istiqamətdə müvafiq əmrlər verilməli və həmin əmrlərə uyğun olaraq məsul şəxslərin bilik səviyyəsi yoxlanılmalı və vəzifə öhdəlikləri düzgün şəkildə yerinə yetirilməlidir. Hazırda yoxlamalar hələ tam başa çatmayıb, lakin ümumilikdə demək olar ki, attraksionların vəziyyəti qənaətbəxşdir”.
Roza Şəfiyeva
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO

































.jpg)



