Sosial
"Galenvagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - Atası cərimələndi
Sosial şəbəkələrdə yayılan görüntülər əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma başlanılıb.
Publika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib.
Həmçinin avtomobili ona verən valideyni – Akif Həmidov müəyyən olunub və onun barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Bir daha xatırladılır ki, sürücülük hüququ olmayan şəxslərin, xüsusilə yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsi yolverilməzdir və bu cür hallar ağır nəticələrə səbəb ola bilər. Valideynlərdən xahiş olunur ki, bu məsələdə məsuliyyətli davranaraq övladlarının həyatını risk altına atmasınlar.
Qeyd edək ki, sürücülük hüququ olmadan avtomobil idarə edən yeniyetmənin görüntüləri sosial şəbəkədə yayılıb. Görüntülər Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 14-HA-014 dövlət nömrə nişanlı “Mercedes G500” markalı avtomobilin sürücüsü sükan arxasındaykən doğum gününü qeyd edib. Kadrlardan aydın olur ki, o, maşınla ad günü tortuna yaxınlaşaraq üzərindəki “14” rəqəmini “15” ilə dəyişib.
Başqa vaxt çəkilmiş videoda yeniyetmə yenidən avtomobili idarə edib və həmin anlar dostu tərəfindən lentə alınıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 335.1 maddəsinə əsasən, nəqliyyat vasitəsinin sahiblik hüququ olan şəxs tərəfindən avtomobili sürmək üçün sürücülük hüququ olmayan şəxsə verilməsinə görə, fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilirlər.//Avtosfer.az
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...




















.jpg)















