Sosial
Ət alanların nəzərinə! – Bazarda yeni vəziyyət yarandı
Azərbaycan bazarlarında mənşəyi bilinməyən ət məhsullarının satışının artdığı iddia edilir. Bildirilir ki, xüsusən Ramazan ayından sonra bəzi obyektlərdə at əti mal əti adı ilə vətəndaşlara təqdim edilir. Bununla bağlı aidiyyəti qurumlar tədbirlər görsə də, məsələnin kompleks yanaşma tələb etdiyi vurğulanır.
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, heyvan mənşəli məhsulların, xüsusilə ətin kommersiya məqsədilə satışı qida təhlükəsizliyi, baytarlıq nəzarəti və əhalinin sağlamlığının qorunması prinsiplərinə uyğun olaraq qanunvericiliklə tənzimlənir:
“Bu sahədə əsas hüquqi baza “Baytarlıq haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarla müəyyən edilir. Birinci qanuna əsasən, heyvan kəsimindən sonra ətin insan qidası üçün yararlılığı baytarlıq-sanitariya ekspertizası ilə müəyyənləşdirilir. Bu nəzarətdən keçməyən məhsulların bazara çıxarılması və satışı qadağandır. Dövlət baytarlıq nəzarəti yalnız müvafiq ekspertizadan keçmiş, sənədlərlə təsdiqlənmiş və üzərində xüsusi nişan olan məhsulların satışına icazə verir. Bu sənədlər olmadan ət və digər heyvan mənşəli məhsulların dövriyyəsi qanunvericiliyə zidd hesab olunur.
Digər qanun isə qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Yəni heyvan mənşəli bütün məhsullar, o cümlədən at əti insan qidası hesab edilir və onların satışı yalnız təhlükəsizliyi təsdiqləndikdən sonra mümkündür. Təhlükəsizliyi sübuta yetirilməyən məhsulların bazara çıxarılması qadağan olunur”.
Hüquqşünas bildirib ki, qanunvericiliyə əsasən, heyvan mənşəli məhsulların satışa çıxarılması üçün kəsim dövlət nəzarəti altında aparılmalı, məhsul baytarlıq-sanitariya ekspertizasından keçməli və müvafiq sənədlərlə təsdiqlənməlidir:
“Bu tələblərə əməl olunmadıqda, məhsulun satışı hüquqi baxımdan yolverilməz sayılır. Nəticə etibarilə, Azərbaycanda həm at, həm də digər heyvan mənşəli məhsulların satışı yalnız baytarlıq nəzarətindən keçdiyi və təhlükəsizliyi təsdiqləndiyi halda mümkündür. Bununla yanaşı, satış zamanı məhsul başqa ət adı ilə istehlakçıya təqdim olunursa, onun dövriyyəyə buraxılması qanunvericiliyə zidd hesab olunur və qadağandır”.
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ20 Aprel 19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 20 Aprel 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika20 Aprel 17:28İlham Əliyev fərman imzaladı
-
Sosial20 Aprel 17:00Əli Əsədov qərar imzaladı










.jpg)
























