DÇ-2026: İngiltərə yarımfinala yüksəldi - YENİLƏNDİ
Bizi izləyin

İdman

DÇ-2026: İngiltərə yarımfinala yüksəldi - YENİLƏNDİ

DÇ-2026: İngiltərə yarımfinala yüksəldi - YENİLƏNDİ

Futbol üzrə dünya çempionatında İngiltərə Norveçə qalib gəlib.

Publika.az xəbər verir ki, Mayami stadionunda keçirilən matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.

İngilislərin heyətində Cud Bellinqem (45+2, 93) dubl edib. Skandinaviyalıların tək qolu isə Andreas Şelderuldan (36) gəlib.

Qeyd edək ki, İngiltərə seçməsi yarımfinalda Argentina - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.

xxx

Futbol üzrə dünya çempionatında İngiltərə Norveçə qalib gəlib.

Publika.az xəbər verir ki, Mayami stadionunda keçirilən matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar.

93-cü dəqiqədə Cud Bellinqem dubl edib.

xxx

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyununda üçüncü qol vurulub.

Publika.az xəbər verir ki, Mayami stadionunda keçirilən matçda ingilislər hesabda irəli çıxıblar 2:1.

93-cü dəqiqədə Cud Bellinqem dubl edib.

Hzaırda qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır.

xxx

01:50

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, Mayami stadionunda keçirilən matçda ingilislər hesabı bərabərləşdiriblər - 1:1.

45+1-ci dəqiqədə Cud Belinqem adını tabloya yazdırıb.

xxx

01:41

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyununda ilk qol vurulub.

Publika.az xəbər verir ki, Mayami stadionunda keçirilən matçda norveçlilər hesabı açıblar - 1:0.

36-cı dəqiqədə Andreas Şelderul fərqlənib.

xxx

01:00

Futbol üzrə dünya çempionatının Norveç - İngiltərə oyunu başlayıb.

Publika.az xəbər verir ki, 1/4 final mərhələsinin matçı Mayami stadionunda keçirilir.

Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm