Sosial
Bakıda qardaş qardaşı güllələdi
Bakıda şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Qismət Teymurov Qamət Teymurovun qardaşıdır.
-
Elm və təhsil21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır










.jpg)

.jpg)























