Sosial
FHN-in əməkdaşı ölkə çempionatında 2 qızıl medal qazandı - FOTO
29–30 mart 2026-cı il tarixlərində Azərbaycan Texniki Universitetinin idman zalında Gənclər və İdman Nazirliyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə stronqmen, stronqmen deadlift, strikt kyorl, stritliftinq və armliftinq idman növləri üzrə ölkə çempionatı keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Çempionatda şəhər və rayonlardan, idman cəmiyyətlərindən və klublardan ümumilikdə 100-dən çox idmançı fərqli kateqoriyalar üzrə mübarizə apararaq öz qüvvələrini sınayıblar.
Yarışda 80kq çəki dərəcəsində iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı baş leytenant Rövşən Xəlilov stronqmen və stronqmen deadlift (ağırlığın yerdən qaldırılması) kateqoriyaları üzrə bütün rəqiblərini üstələyərək iki qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qalib Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medal ilə təltif olunub.
Qeyd edək ki, pauerliftinq üzrə altıqat dünya və üçqat Avropa çempionu olmuş Rövşən Xəlilov Azərbaycan Respublikasının fəxri idman ustasıdır.
-
Magazin223:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin222:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin222:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO

















.jpg)

















.jpg)


