Sosial
DOST TV-nin 2 yaşı tamam olur
Bu gün DOST Konsepsiyasının televiziya həlli olan DOST TV-nin 2 yaşı tamam olur.
Publika.az xəbər verir ki, 2024-cü ilin 2 aprelində ölkəmizdə ilk sosial və inklüziv televiziya nümunəsi kimi fəaliyyətə başlayan DOST TV sosial mövzularda maraqlı verilişləri ilə həftə içi hər gün “Youtube” kanalı olaraq canlı yayımla izləyicilərinin qarşısına çıxır.
İzləyici sayı daim genişlənən DOST TV fəaliyyəti ərzində “Facebook”, “Instagram”, “TikTok”, “Youtube” kimi platformalarda 15 milyondan çox baxış toplayıb.
TV əmək, məşğulluq, sosial müdafiə sahələrində ardıcıl islahatlar, yenilikər, sosial hüquqlar barədə ictimai məlumatlandırmaya dəyərli töhfəsini verir.
DOST TV “DOST Xəbər”, “DOST qapısı”, “Sosial saat”, “Qayğı”, “Ekspert rəyi”, “İş saatı”, “Mənim hekayəm”, “Rəqəmsal saat”, “Xidmətinizdəyik”, “Birlikdə öyrənək”, “Onlayn müfəttiş”, “Dayaq nöqtəsi”, “DOST podcast” və s. kimi verilişləri və telelayihələri ilə izləyicilərinin maraq və rəğbətini qazana bilib.
Sosial sahə ilə bağlı mühüm tədbirlərin canlı yayımını da həyata keçirən DOST TV həmçinin vətəndaş cəmiyyəti institutları və ekspertlərlə birgə aktual sosial mövzularda diskussiya və müzakirə platformasıdır.
DOST TV izləyicilərinin müraciətlərini də birbaşa cavablandırmaqla onların sosial məsələlərinin həllinə dəstək olur.
DOST TV-yə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə








































