Sosial
Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan edilir
Azərbaycanda uşaqlara Şah, Bəy və Xan adlarının qoyulması qadağan edilir.
Publika.az xəbər verir ki, hazırda Terminologiya Komissiyası nəzdində Şəxs Adları Komissiyasında və digər dövlət qurumlarında məsələyə baxılır.
Buna səbəb həmin sözlərin keçmişdə bəzi şəxslərin daşıdığı titulu ifadə etməsidir.
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun baş direktoru, Şəxs Adları Komissiyasının sədri, professor Nadir Məmmədli “Yeni Sabah”a açıqlamasında məlumatı təsdiqləyib.
O deyib ki, bundan sonra şah, bəy və xan sözləri yalnız adlara bitişik yazıldığı halda istifadəsi mümkün olacaq:
“Şah, xan və bəy sözləri hər hansı zümrəni ifadə etmir, bunların mənası başçı, hökmdar deməkdir. Qədimdə də bu adlardan istifadə olunub, indi də mümkündür. Amma ayrıca yox. Məsələn, uşağa Əvəzxan adı qoyula bilər. Bizdə Xan tipli təkhecalı adlar adətən istifadə edilmir. Lakin xan deyəndə başçı nəzərdə tutulduğu üçün bu formada olan adların ayrıca istifadə olunmasına icazə verilməyəcək. Eləcə də həmin sözlərin addan ayrı yazılması qəbul edilməyəcək. Məsələn, Nadir bəy Məmmədli. Bu cür yazmaq olmaz. Yalnız ad və soyadlara bitişik olduğu halda istifadə oluna bilər. Əlibəy və ya Əlibəyli kimi”.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)












