Sosial
Yaşı 10 ildən çox olan maşınlara QADAĞA: Bazarda son vəziyyət - VİDEO
Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur.
Rəsmi statistikaya görə, bu ilin ilk rübündə idxal olunan minik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 587 ədəd, yəni 36.2% azalıb. Beləliklə, idxal göstəricisi 13 359 ədədə enib.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu rəqəmlərin arxasında həm qanunvericilikdəki dəyişikliklər, həm də iqtisadi faktorlar dayanır.
Əsas səbəblərdən biri yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinə qoyulan qadağadırsa, digəri vergi güzəştlərinin ləğvidir.
Lakin bu azalma heç də avtomobil qıtlığı demək deyil.
Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirir ki, ölkənin avtoparkı üçün narahatlığa əsas yoxdur. Çünki anbarlarda kifayət qədər ehtiyat toplanıb.
Ekspertin fikrincə, ölkədə start götürən utilizasiya prosesi də yeni avtomobillərə tələbatı stimullaşdıracaq. Köhnə və ekoloji cəhətdən yararsız maşınlar sıradan çıxdıqca, onları yeniləri əvəz etməlidir.
Xatırladaq ki, ötən ilin ilk rübündə bu rəqəm xeyli yüksək - 20 946 ədəd təşkil edirdi.
-
Rəsmi xronika19:45Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız









_(1).jpg)



.jpg)

























