Sosial
Azərbaycanda orta aylıq əməkhaqqı 1099 manat olub
"2026-cı ilin ilk 2 ayında Azərbaycanda orta aylıq əməkhaqqı 1099 manat olub. Bu, o deməkdir ki, ölkəmizdə minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizini təşkil edir. Qlobal olaraq daha uyğun hesab edilən nisbət 55-60 faizdir".
Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, Avropa İttifaqına üzv olan yüksək gəlirli dövlətlərdə minimum əmək haqqı orta aylıq əməkhaqqının 60 faizindən çoxunu təşkil edir:
“Göründüyü kimi, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti yüksək deyil. Minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqının arasındakı fərqin azaldılması median əməkhaqqı məbləğinin də artmasına xidmət edərdi. Bu həmçinin daha aşağı maaş alanların sosial təminatının daha da gücləndirilməsi aspektindən vacibdir.
Cənab Prezident tərəfindən Əmək Məcəlləsində təsdiq edilən dəyişikliklərə əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Bununla da, minimum əməkhaqqının artırılması artıq situativ deyil, qanunla müəyyən edilmiş dövri və sistemli prosesə çevrilib. Bu il fevral ayında təsdiq edilən dəyişikliklərdən sonra bir il ərzində yeni mexanizmə uyğun olaraq minimum əməkhaqqının artırılması ilə bağlı konkret təkliflərin hazırlanması və təqdim olunması gözlənilir.
Deputat bildirib ki, bu baxımdan, daha yaxşı olardı ki, minimum əməkhaqqı məbləği artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbət nəzərə alınsın. Minimum əməkhaqqındakı artım faizinin daha çox olması bu fərqin azalmasına səbəb ola bilər. Bu baxımdan, minimum əməkhaqqı artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbətin nəzərə alınması və minimum əməkhaqqında daha yüksək artımların reallaşması məqsədəuyğun olardı”.
-
Avropa19:00Anadan türkürpədən cəza üsulu - Altı yaşlı qızını məcbur edib ki...
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
































.jpg)

