Sosial
Boşanmaların 47 faizinin səbəbi bu imiş...
"Boşanmaların demək olar ki, yarısı - təxminən 47 faizi xoruldama səbəbindən baş verir".
Publika.az xəbər verir ki, bu maraqlı nəticə britaniyalı həkim Sonya Şamotskinin apardığı araşdırmadan sonra ortaya çıxıb.
Mütəxəssisin sözlərinə görə, xoruldama tərəflərin bir-birindən emosional uzaqlaşmasına səbəb olur: "Nəticədə ər-arvad ayrı-ayrı otaqlarda yatmağa başlayırlar. Bu yaxınlarda boşanmış 2 000 britaniyalı arasında keçirilən sorğuya əsasən, xoruldama və ya yuxu pozğunluğundan əziyyət çəkənlərin dörddə üçü ayrı otaqlarda yatıb. Onların 85 faizi isə bu vəziyyətin boşanma qərarına birbaşa təsir etdiyini bildirib".
Şamotski vurğulayıb ki, xoruldama münasibətlərin təməlini sarsıdan dağıdıcı qüvvədir: "Bir çox cütlük üçün tərəf müqabilinin ayrı otağa köçməsi dərin emosional özgələşmənin başlanğıcı deməkdir. Fiziki təmasdan məhrum olan cütlüklər zamanla bir-birinə yad insanlara çevrilirlər".
Həkim əlavə edib ki, müasir tibb bu problemi qısa zamanda həll etmək imkanına malikdir və xoruldamanın müalicəsi yüksək effekt verir.
"Lakin ər-arvad boşanma həddinə çatdıqda, aradakı emosional məsafəni bərpa etmək çox vaxt qeyri-mümkün olur. Halbuki ilkin problem sadəcə sakit yuxu ehtiyacından ibarət idi", - deyə mütəxəssis xəbərdarlıq edib. (Oxu.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi





































