Sosial
WUF13-ün vizual hekayəsi… - VİDEO
WUF13-ün rəsmi loqosunun videosu yayımlanıb.
Publika.az xəbər verir ki, videoda loqo yalnız bir qrafik simvol deyil, Azərbaycanın tarixini, mədəniyyətini və Bakının müasir şəhər ruhunu bir araya gətirən vizual hekayə kimi təqdim olunur.
Loqonun əsas elementləri Azərbaycanın memarlıq ənənələrindən ilhamlanaraq hazırlanıb.
Videoda Azərbaycanın qədim memarlıq ənənələrində geniş istifadə olunan incə şəbəkə naxışları, Xəzər dənizinin dalğaları, Bakının külək ritmini əks etdirən elementlər, eləcə də, Qız Qalasının qədim silueti və Alov Qüllələrinin müasir görüntüsü öz əksini tapıb.
Vizual üslubda Azərbaycanın tarixi irsi və Bakının çağdaş şəhər ruhu vahid kompozisiyada birləşdirilib.
Hazırlanan dizayn şəhərin keçmişi, bu günü və gələcəyi arasındakı əlaqəni simvolizə edir və Bakının həm tarixi, həm də innovativ simasını ön plana çıxarır.
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi























.jpg)




.webp)









