Sosial
Aliment ödəməyənlərə ağır zərbə: Pasportları ləğv ediləcək
ABŞ Dövlət Departamenti mayın 8-dən etibarən böyük məbləğdə aliment borcu olan valideynlərin pasportlarını ləğv etməyə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
İlkin mərhələdə 100 min dollardan çox aliment borcu olan şəxslər hədəfə alınacaq. ABŞ-da belə pasport sahiblərinin sayının təxminən 2,7 min nəfər olduğu bildirilir.
İndiyədək bu tədbir əsasən pasportun müddətini uzatmaq istəyənlərə tətbiq edilirdi. Yeni qaydalara əsasən isə artıq qüvvədə olan pasportlar da geri çağırılacaq.
ABŞ hakimiyyəti proqramı daha da genişləndirməyi planlaşdırır. Gələcəkdə 2,5 min dollardan artıq aliment borcu olan şəxslər də bu siyahıya düşə bilər.
ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi borclular barədə məlumatları Dövlət Departamentinə ötürəcək. Bundan sonra həmin şəxslərin pasportları ləğv edilə bilər.
Dövlət Departamentindən bildirilib ki, məqsəd valideynləri uşaqları qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməyə məcbur etməkdir. Borc tam ödənildikdən sonra şəxs yenidən pasport almaq üçün müraciət edə biləcək.
Məlumata görə, proqramın genişləndirilməsi planı açıqlanandan sonra yüzlərlə valideyn aliment borclarını ödəməyə başlayıb.
Qeyd edək ki, Azərbaycanda isə aliment ödəməyənlər üçün qanunvericilikdə 1000 manatadək cərimə, bir ayadək inzibati həbs, ölkədən çıxışa qadağa və əmlak üzərinə həbs kimi ciddi sanksiyalar nəzərdə tutulur. Ödənişdən qərəzli şəkildə boyun qaçıran borclular isə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə 3 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.
Müəllif: Adəm
-
Magazin101:40Azərin "Türklər gəlir"i oxudu, Ərdoğan müşayiət etdi - Video
-
Ekologiya29 May 23:05Bakı sakinlərinə xəbərdarlıq
-
MDB29 May 22:48Rusiya Avropa ilə müharibəyə hazırlaşır? - Putin açıqladı
-
Region29 May 21:15Türkiyədə yüzdən çox turisti daşıyan gəmi batdı - Foto/Video
-
ABŞ29 May 19:51Tramp komandasını topladı: İranla bağlı son qərar veriləcək
-
İnanc29 May 19:00Qurban bayramında Azərbaycandakı bu ziyarətgahda böyük izdiham - Arzularının qəbul olunacağına inanırlar...
-
Region29 May 16:00Ərdoğandan dünyanı silkələyən qərar: Xaricdən Türkiyəyə köçənlər…
-
Region29 May 15:21Başqa yol seçsəydik, bu gün İcevanın yarısını itirmişdik - Paşinyan


















.jpg)
















