Sosial
Pulunu evdə saxlayanlara xəbərdarlıq: Maliyyə yastığını belə qurun
Maliyyə üzrə ekspert Aleksey Mokrov ehtiyat kapitalının necə düzgün idarə olunmalı olduğunu açıqlayıb. O bildirib ki, yarımillik büdcəni evdə saxlamaq risklidir, kriptovalyutanı isə etibarlı maliyyə “təhlükəsizlik yastığı” hesab etmək olmaz.
Publika.az xəbər verir ki, ekspertin sözlərinə görə, maliyyə yastığının həcmi məcburi xərclər - yaşayış, qida, dərman, nəqliyyat və kredit ödənişləri əsasında hesablanmalıdır.
Onun fikrincə, sabit gəliri olan şəxslər üçün 3-6 aylıq ehtiyat kifayət edir. Gəliri qeyri-sabit olan və ya ipoteka ödənişi olan şəxslərə isə 6-12 aylıq ehtiyat formalaşdırmaq tövsiyə edilir.
Mokrov qeyd edib ki, faiz dərəcələrinin dəyişməsi və inflyasiya fonunda bütün vəsaiti bir yerdə saxlamaq düzgün deyil.
“Vəsaitin bir hissəsi dərhal çıxış mümkün olan yığım hesabında, bir hissəsi qısamüddətli depozitdə, bir hissəsi isə nağd formada saxlanmalıdır. Maliyyə yastığı ən yüksək gəlir gətirən yox, ən dayanıqlı ehtiyat olmalıdır”, - deyə o bildirib.
Ekspert optimal bölgü kimi vəsaitin 20-30 faizinin təcili vəziyyətlər üçün əlçatan formada, 50-60 faizinin isə qısamüddətli əmanətlərdə saxlanmasını məsləhət görüb.
Onun sözlərinə görə, evdə yalnız 1-2 həftəlik xərcləri qarşılayacaq qədər nağd pul saxlamaq məqsədəuyğundur. Xarici valyutanın alınması isə yalnız gələcəkdə həmin valyutada planlaşdırılan xərclər olduqda məntiqli sayılır.
Kriptovalyutaya gəlincə, ekspert onu maliyyə ehtiyatının əsas hissəsinə çevirməməyi tövsiyə edib və yalnız bu sahədə təcrübəsi olan şəxslər üçün məhdud pay ayırmağın mümkün olduğunu vurğulayıb.
Adəm
-
MDB10:31Budanov: "Müharibənin dayandırılması real deyil!"
-
Digər10:13Nepaldakı fəlakət iqtisadiyyatı da vurdu - Bərpaya 5 milyard lazım olacaq
-
MDB09:56Hərbi komissar öldürüldü
-
Digər09:27Leninə iş kəsdilər - Sabiq prezident rüşvət alıbmış
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq




















.jpg)


.jpg)









.jpg)

.jpg)