Sosial
Səməd Vurğunun maşını Bakıya gətirildi - Video
Xalq şairi Səməd Vurğunun 1975-ci ildən qarajda istifadəyə yararsız halda saxlanılan avtomobili illər sonra bərpa edilərək Bakıya gətirilib.
Publika.az İTV-yə istinadən xəbər verir ki, avtomobil Səməd Vurğunun 120 illik yubileyinə həsr olunaraq bərpa edilib.
Qazaxlı professor İlham Pirməmmədov bildirib ki, bu məsələni Səməd Vurğunun gəlini Nüşabə xanım qaldırıb: “Ağlıma gəlməzdi ki, Səməd Vurğunun 1950-ci ildə aldığı və sadəcə 5 il istifadə edə bildiyi bu maşında mən otura bilərəm. Bu, həyatımda yaddan çıxmayan günlərdən biri olacaq. Bir neçə il bundan əvvəl Səməd Vurğunun gəlini, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım məsələ qaldırdı ki, vaxtilə Xalq şairinin “Pobeda” maşını olub və onu Gürcüstanda qoyub. Bundan sonra Gürcüstandakı səfirimiz Faiq Quliyev proseslərə qoşulub.
Məlum olub ki, Səməd Vurğun 1955-ci ildə Gürcüstanda olarkən xəstəliyini hiss etdiyi üçün maşınını xalası oğluna bağışlayıb. Şairin vəfatından sonra isə bu fakt uzun illər diqqətdən kənarda qalıb. Maşının texniki pasportunda da Səməd Vurğunun adı yazılıb”.
Qeyd edək ki, sözügedən avtomobil şairin təhsil aldığı Müəllimlər Seminariyasının Qazax filialının ADA korpusunda yerləşən mərkəzinə veriləcək.
Sözügedən videomaterialı təqdim edirik:
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ

















.jpg)
















.jpg)
