Sosial
Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - FOTO
Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.
Publika.az “AzEdu”ya istinadən xəbər verir ki, şəhidin qızı Mədinə Həmidova 536 balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olaraq bakalavr tələbəsi adını qazanıb.
Həyat yoldaşı Qiymət Həmidova isə 38 yaşında magistraturaya qəbul olaraq illər sonra təhsil həyatına yenidən başlayıb. Ana və qızın eyni ildə tələbə adını qazanması ailə üçün həm qürur, həm də duyğusal anlarla yadda qalıb.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyin məzunu Mədinə Həmidova 3-cü qrup üzrə 536 bal toplayıb: “Buraxılış imtahanından 248, blok imtahanından isə, səhv etmirəmsə, 286 bal toplamışam. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olmuşam.Uşaqlıq arzum səfir olmaq idi. Elə Beynəlxalq münasibətlər ixtisasına da qəbul oldum, bununla da arzuma bir addım daha yaxınlaşdım.
Bu il ailəmizdə iki tələbə var. Anam magistraturaya hazırlaşırdı və onun nəticəsi mənim nəticəmdən təxminən bir ay əvvəl açıqlanmışdı. Onun qəbul xəbərini eşidəndə daha çox sevindik, çünki əslində bunu gözləmirdik. Anam çox qısa müddətdə hazırlaşmışdı və buna görə onun nəticəsinə daha çox sevindik.
Universitetlərimizin eyni olması çox maraqlı olardı, amma belə bir xəyalım olmayıb. Gələcəkdə bakalavr təhsilimi bitirdikdən sonra magistratura təhsili üçün Avropaya getmək istəyirəm”.
Şəhidin həyat yoldaşı Qiymət Həmidova qeyd edib ki, eyni dövrdə həm qızının bakalavr pilləsinə qəbul olması, həm də özünün magistraturaya qəbul olmasını öyrənmək böyük sevinc və qürur yaşadıb.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO











.jpg)








.png)






.jpg)









