Sosial
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Suraxanı rayonu 104 nömrəli, Nərimanov rayonu 207 nömrəli və Binəqədi rayonu 298 nömrəli tam orta məktəblərində, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər İstedad liseyində və Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində, Gəncə RM tərəfindən Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli tam orta məktəbində və Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakultəsində, Qarabağ RM tərəfindən Beyləqan rayon Kəbirli kənd Məmmdəyar Fərzəliyev adına 1 nömrəli və Bərdə şəhəri Alı Mustafayev adına 5 nömrəli tam orta ümumtəhsil məktəblərində, Aran RM tərəfindən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında, Ağdaş rayon Qəribli kəndi Nofəl Babayev adına tam orta məktəbində, Şimal-qərb RM tərəfindən Qax rayonu Lekit Kötüklü kənd tam orta ümumi orta məktəbində, Şimal RM tərəfindən Quba rayonu Təngəaltı kənd tam orta məktəbində, Muğan RM tərəfindən Salyan şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA
-
İKT11:06Uşaqları sosial şəbəkələrdə necə qorumalı? - VİDEO
-
Region09:58Erməni müğənni Paşinyana qarşı çıxdı: "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi



























.jpg)













